Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar. ?>

Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar.

Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar.

Bunlara cinsiyyət orqanlarında qanaxmanın dayandırılması və zədlənmiş orqanların , toxumaların bütövlüyünün bərpası istiqamətində aparılır.Bu əməliyyatlara ciftin əllə ayrılması,ciftin və yaxud cift paycıqlarının çıxarılması ,uşaqlıq boşluğunun əllə müayinəsi,doğuşdan sonra uşaqlıq boşluğunun qaşınması,aralığın,uşaqlıq yolunun ,uşaqlıq boynunun və uşaqlıq cisminin tikilməsi,uşaqlığın əsas damarlarının bağlanması ,uşaqlığın amputasiyası və uşaqlığın ekstripasiyası aiddir.

Ciftin əllə ayrılması , ciftin vəya cift paycığının çıxarılması.
Ciftin əllə ayrılması tez-tez aparılan mamalıq əməliyyatıdır.
Göstərişlər:
1. Doğuşun 3-cü dövründə ciftin ayrılmasının anomalıyası ilə əlaqədar olan qanaxma.
2. Ciftin ayrılması əlamətlərinin olması və döl doğulduqdan sonra 30 dəq ərzində qanaxma olması.
3. Uşaqlıqda cift paycığının qalması

Uşaqlıq boşluğunun əllə müayinəsi:
Göstərişlər:
1. Doğulmuş ciftin bütovlüyündə şübhə ,uşaqlıq divarının bütövlüyündə şübhə ,hipotonik qanaxmalar.

Uşaqlıq boşluğunun əllə müayinəsi zamanı cift toxumasının qalıqları aşkar edilmir və uşaqlıq bütövlüyünə şübhə yoxdursa,qanaxma isə davam edirsə ,uşaqlığın xarici-daxili masajı aparılır.

Uşaqlıq boşluğunun alətlə müayinəsi:
Göstərişlər:
1. Doğuşdan sonra gec,zahlıq dövründə , yəni uşaqlığın əllə müayinəsini aparmaq artıq qeyri-mümkün olduqda ,cift toxumasının ləngiməsinə şübhədir.

Aralıq cırığının tikilməsi:
Aralığın yarası ciftin doğulmasından sonra –doğuşdan 2saatdan artıq keçməmiş tikilməlidir.Daha çox müddət keçməsi yaranın infeksiyalaşma təhlükəsini artırır.

Uşaqlıq yolunun hematoması zamanı əməliyyat:
Uşaqlıq yolu və xarici cinsiyyət orqanlarının hematomaları olduqda cərrahi müdaxilə böyük ölçülü hematoma və yaxud onun böyüməsi zamanı icra edilir.Bu zaman hematoma üzərində kəsik aparılır ,boşaldılır və qan sızan damarlar liqaturaya alınır.Qanaxmanın dayandırılmasından sonra yarıq tikilir.Kiçikölçülü hematomaların müalicəsi konserativ yolla aparılır.

Uşaqlığın magistral damarlarının bağlanması:
Əsas göstəriş doğuşdan sonrakı dövrdə baş verən atonik qanaxmadır.

Uşaqlığın supravaginal amputasiyası:
Göstərişlər:
1. Tikilməsi əhəmiyyətsiz olan və uşaqlıq boynuna keçməyən uşaqlıq cırığı
2. Konserativ terapiyaya tabe olmayan atonik qanaxma
3. Ciftin həqiqi bitişməsi
4. Normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması ilə əlaqədar olan uşaqlıq-cift apopleksiyası
5. Kesar kəsiyindən sonra cərrahi müdaxilənin həcminin genişləndirilməsini tələb edən uşaqlıq mioması

Uşaqlığın ekstirpasiyası:
Göstərişlər:
1. Uşaqlıq cisminin uşaqlıq boynu ilə birgə zədələnməsi və ya uşaqlıq boynunun patalogiyası
2. Uşaqlıq boynu hamiləliyi
3. Uşaqlığın tağlardan ayrılması
4. Uşaqlığın patoloji prosesləri ilə əlaqədar DDL sindromunun inkişafı
5. İnfeksiyanın generalizasiyası ilə endometrit.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *