KESAR KƏSİYİ ƏMƏLİYYATLARI ?>

KESAR KƏSİYİ ƏMƏLİYYATLARI

KESAR KƏSİYİ ƏMƏLİYYATLARI

Kesar kəsiyi əməliyyatı-dölün və ciftin uşaqlıq divarından açılan cərrahi yol vasitəsilə çıxarılmasına əsaslanan metoddur.
Mamalıqda qarının ön divarının kəsilməsi yolu ilə icra edilən abdominal kesar kəsiyi və uşaqlıq yolu tağının ön hissəsi vasitəsilə həyata keçirilən uşaqlıq yolu kesar kəsiyi ayırd edilir.
KKƏ-ına göstərişlər
Ana tərəfindən olan göstərişlər
a) Nisbi
b) Mütləq
Mütləq göstərişlər
1. 3-cü 4-cü dar çanaqlar və nadir təsadüf edilən dar çanaqlar
2. Tam cift gəlişi(mərkəzi)
3. Kəskin qanaxma ilə müşahidə edilən natamam cift gəlişləri və doğuş yollarının doğuşun təcili başa çatırılmasına hazır olmaması
4. Uşaqlığın cırılma təhlükəsi
5. Uşaqlığın aşağı seqmentində mövcud olan çapıqlar
6. Doğuş yollarının doğuşa hazır olmadığı şəraitdə normal yerləşmiş ciftin vaxtınan qabaq ayrılması
7. Uşaqlıqda olan çapığın nisbi yararsızlığı
8. Ciftin kesar kəsiyindən sonrakı çapığın üzərində yerləşməsi
9. Kiçik çanağın dölün doğulmasına mane ola biləcək şişləri
10. Sidik-cinsiyyət və bağırsaq-cinsiyyət fistullarından sonrakı vəziyyəti
11. Aralığın 3-cü dərəcəli cırılmasının bərpasından sonrakı vəziyyət
12. Uşaqlıq yolu və uşaqlıq boynundakı çapıq toxumalar və daralmalar
13. Cinsiyyət orqanlarının bədxassəli şişləri və uşaqlığın miomaları ,uşaqlıq boynunun xərçəngi
Əlavə göstəricilər
14. Hamilə vəya doğan qadının hipertenziyası ,nefropatiyası ,preeklampsiya və eklampsiyası
15. HELLP sindromu
16. Cinsiyyət yollarının herpes virusu ilə infeksiyalaşması
17. Uşaqlıq yolunun massiv iribuynuzlu kandilomaları
18. Xarici cinsiyyət orqanlarının və uşaqlıq yolunun venalarının varikoz genəlməsi
Nisbi göstərişlər
1. Klinik dar çanaq
2. Konservativ korreksiyaya tabe olmayan doğuş fəaliyyətinin anomaliyaları
3. Ağır formalı gec hestozlar
4. Ekstragenital xəstəliklər

Döl tərəfindən olan göstərişlərin təsnifatı
Mütləq göstərişlər

1. Dölün təcili doğuzdurulmasında şəraitin olmaması və medikamentoz korreksiyaya tabe olmayan kəskin hipoksiya
2. Dölün köndələn vəziyyəti
3. Döl başının açılış gəlişləri ,arxa təpə gəlişi,oxvari tikişin yüksəkdə dayanması
4. Ananın aqonal vəya ölmüş vəziyyətində dölün diri olması
Nisbi göstərişlər
1. Xronik fetoplasentar çatışmazlıq
2. Çanaq gəlişlərində çəkisi 3500q-dan artıq olan döl
3. Çoxdöllü hamiləlikdə birinci gələn dölün çanaq gəlişində və ya köndələn yerləşməsi
4. Baş gəlişində pülsasiyalı göbək ciyəsinin düşməsi
5. Anamnezində uzun müddətli sonsuzluğa olan ilk gec doğan qadın və induksiya olunmuş hamiləlik
6. Vaxtı ötmüş hamiləlik, induksiyaya tabe olmayan doğuş fəaliyyəti
7. İri və nəhəng döl
8. Anotomik dar çanaq şəraitində çəkisi 3500q-dan çox olan döl
9. Diri uşaq naminə ananın KKƏ-nı ciddi təkid və tələb etməsi ,təbii yolla doğuşdan imtina etməsi
KKƏ-yə əks göstərişlər
Hamilənin kəskin vəya kəskinləşmiş xəstəlikləri
1. İmmun çatışmamazlığı vəziyyətləri
2. Doğuş fəaliyyətinin 12 saatdan çox müddət ərzində davam etməsi
3. Susuz intervalın 12saatdan çox olması
4. Bir neçə dəfə manual vəya instrumenta-vaginal müayinə aparılması
5. Dölün diri xaric olunma ehtimalının az olması

Kesar kəsiyi əməliyyatı adətən planlaşdırılmış ,nadir hallarda isə təcili vəya təxirəsalınmaz qaydada yerinə yetirilir.
KKƏ zamanı dölün zədələnmə ehtimalı azdır,lakin bu əməliyyat zədədən qorunmaya tam təminat vermir.
KKƏ-nın yerinə yetirilməsi üçün döl diri və həyat qabiliyyətli olmalıdır, lakin ana tərəfindən həyati göstəriş olduqda dölün ölü olduğu şəraitdə də KKƏ etmək olar.

Əməliyyatdan əvvəlki hazırlıq və ağrısızlaşdırma.
1. psixi narahatlığın idarə edilməsi və qorxunun aradan qaldırılması
2. narkotik və keyləşdirici vasitələrin əlavə təsirlərinin qarşısının alınması və arzuolunmaz neyrovegetativ reaksiyaların blokadası
3. hamiləlik və doğuşların birsıra ağırlaşmalarının profilaktikası və terapiyası
4. mədənin boşaldılması
5. dölün bətindaxili hipoksiyasının profilaktikası və terapiyası

Əgər hamilə əməliyyata bir neçə saat qalmış qida qəbulu edibsə onda mədəni yuyur və zondu mədədə saxlayırlar ki,nəfəs yollarına qusuntu kütlələrinin düşməsi nəticəsində bronxospazm olmasın. Əməliyyat masasında dölün ürək döyüntüsünə qulaq asmaq vacibdir.
KKƏ zamanı əsasən peridural anesteziya ,nadir hallarda – yerli anesteziya aparılır.

KK əməliyyatının növləri
1. İntraperitoneal KKƏ
a) korporal KKƏ və onun müxtəlif növləri
b) uşaqlığın aşağı seqmentində köndələn kəsiklə KKƏ
c) istmik-korporal KKƏ

2. Uşaqlığın aşağı seqmentində qarın boşluğunun müvəqqəti təcridi ilə KKƏ
3. Ekstraperitoneal KKƏ

KORPORAL KESAR KƏSİYİNİN TEXNİKASI

Qarının ön divarının ağ xətti üzrə qasıqüstü nahiyəyə qədər aşağı və orta boylama kəsik aparılır ,qarın boşluğu açılır ,uşaqlığın ön divarında orta xətt üzrə təxminən 10-12sm uzunluqda kəsik aparılır və bütün qatlar kəsilir , su kisəsi deşilir və döl ayaqdan tutularaq yara səthinə çıxarılır.
Göbək ciyəsi kəsildikdən sonra profilaktik məqsədlə anaya damardaxili inyeksiya üsulu ilə geniş təsir spektirli antibiotiklər təyin edilir və bu təyinat əməliyyatdan sonra hər 12 və ya 24 saatdan bir təkrar edilir.
Cifti göbək ciyəsindən dartaraq çıxarırlar və döl qişasının qırıqlarını ,qan laxtalarını ,cift toxumasının qalıqlarını çıxardıqdan sonra uşaqlıq boşluğunu əllə yoxlayırlar.
Yaranın yuxarı və aşağı uclarından 1sm geri aralıya düyünlü vikril tikişlər qoyub, onlardan dəstək kimi istifadə edilər.
Uşaqlıq yaranın fasiləsiz iki sıra və ya bir sıra ilə tikilməsi daha məqsədəuyğun sayılır.
Birinci sıranı fasiləsiz sarıma və ya xəzçi tikişi ,ikinci sıranı fasiləsiz tikiş şəklində və ya iynənin birinci sıranın tikişləi arasına batırılması və çıxarılması ilə ayrı-ayrı düyünlü tikişlərlə qoyurlar.
Periton boşluğunun tualetindən sonra qarın divarı qat-qat tikilir .Dəriyə tikişlər qoyulur. Sonra uşaqlıq yolu tədqiq edilir , uşaqlıq yolundan və mümkün qədər aşağı seqmentdən qan laxtaları kənarlaşdırılır,uşaqlıq yolu tualetini aparır və sidik kisəsi kateterlə boşaldılır.

KK əməliyyatında qanitirmə orta hesabla 800ml təşkil edir. Əməliyyatın gedişi orta hesabla 40-60dəqiqə keçir.

Ağırlaşmalar
1. Dölün ayaqdan tutularaq boylama kəsik səthinə xaric edilməsi döl üçün də müəyyən qədər mənfi təsirlərə səbəb olur ,baş axırda çıxarıldığına görə aspirasiya təhlükəsi artır.
2. Tikiş səthinin böyük sahədə qarın boşluğu ilə əlaqəsi əməliyyatdan sonra bitişmələrin , peritonitlərin yaranması ehtimalı artır
3. Tikiş sahəsinin yararsız bitişməsi doğuşdan sonra dismenoreya ,hipermenorragiya,özbaşına düşüklər,təkrar hamiləliklərdə tikişlərin spontan açılması,uşaqlıq cırılması və mütləq təkrari kesar kəsiyi əməliyyatının icra olunmasının labüdlüyü.
4. Uşaqlığın 3qat mator əzələ təbəqəsinin boylama istiqamətdə zədələnməsi əməliyyatdan sonra qadının reproduktiv və menstural funksiyalarının pozulmasına səbəb ola bilər.

Uşaqlığın aşağı seqmentində köndələn kəsiklə icra olunan kesar kəsiyi əməliyyatı.
Bu əməliyyatın üstünlükləri.
1. Əməliyyat travmalarının əhəmiyyətli dərəcədə azalması
2. Peritonizasiyanın hermetikliyi nəticəsində əməliyyatdan sonrakı bitişmələrin olması
3. Qarın boşluğunun infeksiyalaşma ehtimalının az olması
4. Hipotonik qanaxmaların rastgəlmə tezliyinin azalması
5. Əzələ liflərinə paralel kəsiklərin aparılması əzələ toxumasında travmalar əmələ gətirmir
6. Yara səthinə əvvəlcə döl başının çıxarılmasının erkən hipoksiya əlehinə tədbirlər üçün əlverişli olması
7. Tikişlərin qarın boşluğundan uşaqlıq-sidiklik büküşü ilə izolə edilərək peritonizasiya olunması, əməliyyatdan sonrakı dövrdə ağrıların olmamasına və xəstələrin tez aktivləşməsinə imkan yaradır.

Əməliyyatın icra üsulları:
Qarının ön divarı köndələn Pfanneştil kəsiyi ilə açılır.
Uşaqlıq-sidiklik büküşü nahiyəsində visseral periton köndələn kəsilir və köndələn istiqammətdə 5 6 sm qədər genişləndirilərək aşağıya doöru sürüşdürülür.Uşaqlığın aşağı seqmentində dölün başının döyük seqmenti səviyyəsində kiçik köndələn kəsik aparılır və cərrah bu kəsiyi şəhadət barmaqları ilə köndələn istqamətdə genişləndirilir.Su kisəsi deşilir cərrahin sağ əlinin ovuc səthi uşaqlıq boşluğuna başla kəsiyin aşağı kəznarı arasına yeridilir baş çıxarılır.
Başın hər iki tərəfini əllə ehtiyatla dartmaqla, ardıcıl olaraq bir və o biri çiyni çıxarır,sonra barmaqları qoltuqaltı çuxura salıb dğölü çıxarırlar.Dölün başı çətin çıxarıldıqd əlin əvəzinə başın aşağı qütbünün altına maşa qaşığı salmaq , uşaqlığın dibinə yüngülcə təzyiq edərək başı uşaqlıqdan çıxarmaq olar. Çanaq gəlişində dölü qasıq büküşü və ya aya hissədən çıxarırlar.Dölün köndələn vəziyyəti hallarında adətən onu ayaq hissədən çıxarırlar.Uşaqlıq boşluğundan başı Moriso-levre üsuluna oxşar üsulla çıxarırlar.
Cift ayrılan kimi göbək ciyəsindən tutub uşaqlıq dibini əllə sıxaraq uşaqlıq sonu xaric dilir.
Bəzən cifti əllə ayırmaq lazım gəlir.
Uşaqlıqda yara fasiləsiz iki tikişlə tikilir. Birinci sıra selili qişa ilə əzələ təbəqəsinə ,ikinci sıra isə əzəzlələrə qoyulur.Üçüncü sıra qoyulduqda sidik kisəsi-uşaqlıq büküşünün bütövlüyünü bərpa edirlər.
Qarın boşluğunun yoxlanılmasında və təmizlənməsundə sonra qarını ön divarı sıx tikilir. Əməliyyat 25 dəqiqəyə qədər davam edir.

AĞIRLAŞMALAR
KK əməliyyatı zamanı aşağı seqmqntdə köndələn kəsikdə dölün gələn hissəsinin yaralanması uşaqlıqdakı kəiyin lateral tərəfə uzadılması və damarlı dəstənin yaralanması sidik kisəsinin və bağırsağın yaralanması.
Köndələn kəsikdə uşaqlığın aşağı seqmqntində KK əks-göstərişlər
1. Kəsikin qarın simptomu
2. Uşaqlığın aşağı seqmentində təzahür etmiş varikoz damar genişlənməsi
3. Uşaqlıq şişi
4. Uşaqlığın inkişaf anomaliyası
5. Sterilləşdirilmənin aparılma zərurəti

Əməliyyatın sonunda qarının aşağı hissəsinə 1 2saat müddətində buzlu kisə qoyulur.
Antibiotikoterapiyanı 5 7 gün ərzində aparırlar. Əməliyyatdan sonrakı ilk 6 8saatda zahı qadınlarda uşaqlığın hipotoniyası ,qanın laxtalanma sisteminin pozulması,uşaqlıqda cift qalıqlarının və döl qişalarının qalması ilə əlaqədar qanaxmalar baş verə bilər.
2-ci sutkada elektroli balansının korreksiyası və infuziyon terapiya aparılır. Prozerin tətbiq edilir təmizləyici imalə qoyulur. Tənffüs gimnastikası edilir. 6-7-ci sutkada qarının ön divarının tikişləri sökülür. 8-10-cu sutkada evə yazılır.

Əməliyyatdan sonrakı dövrdə bu ağırlaşmalar müşahidə edilə bilər.
Yara infeksiyası, endometrit ,tromboflebit, subfebril qızdırma ,uşaqlığın subinvolusiyası,daxili və xarici qanaxmalar ,müxtəlif lokalizasiyalı hematomalar , peritonit və s.
Ana ölümünün səbələrini iki qrupa bölmək olar:
1. KKƏ ilə əlaqədar
2. KKƏ ilə əlaqədar olmayan

2 thoughts on “KESAR KƏSİYİ ƏMƏLİYYATLARI

  1. salam doktor.sizide narahat edirem.menim sualim doguwdan sonra mende sudurga olur,agiz kitlenir,ayilandan sonra yaddaw pozulur,sonra ozume gelirem.doguw zamani uwagin gelmesinden de qorxmuwam.doktora muraciet etmiwem.uzilerden gecmiwem.men de zobun elametleri oldugu deyilir,hemoqlobin mende 3du. bunuda mende sudurgaya sebeb gosterirler.cox xahiw menim smsime cvb yazasiniz.menim elametler basim agrayir,gicelenir,dil kilitlenir,yaddas pozulur,bunlar mende doguwdan sonra olur.cox xahiw mene hansi doktor wobesine muraciet etmeyimi mene mail unvanima yazasiniz.tewekkurler

  2. Aytekin xanim size hansisa deqiq doktor meslehet gore bilmerem. ancaq siz nevrepatologa gedin sizde cox gumanki epileptik tutmadir bununda sebebi sinir sistemiyle elaqedardir. sizin yazdiginiz zob veya hemaqlabinle bunun birbawa elaqesi ola bilmez .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *