Dölparçalayıcı əməliyyatlar ?>

Dölparçalayıcı əməliyyatlar

Dölparçalayıcı əməliyyatlar

Dölün hissələrini parçalamaqla onun həcmini kiçildərək təbii doğuş yollarından azad etməyə imkan yaradan əməliyyatlara “dölparçalayıcı əməliyyatlar” deyilir. Esasən bu əməliyyatlar ölü döl olduqda aparılır.Müstəsna hallarda isə diri döl olduqdada aparıla bilər.
Dölparçalayıcı əməliyyatların qrupları:
1. Döl başının həcmini kiçildən əməliyyatlar : Kraniotomiya
2. Dölü hissələrə parçalayıb çıxarmaq əəməliyyatları:Embriotoniya
3. Körpüçük sümüyünün küt yolla sındırılması: Kleydotomiya

Döl ana bətnində 96% halda baş gəlişində olduğuna görə ən çox kraniotomiyadan istifadə olunur.Nadir hallarda dölün gövdəsi və ətrafları üzərində olan əməliyyatlar icra olunur.Bununla əlaqədar dölparçalayıcı əməliyyatlar iki yerə bölünür : Dölün başı üzərində aparılan əməliyyatlar-kraniotomiya,dölün gövdəsi ,ətrafları üzərində aparılan əməliyyatlar-embriotomiya.

Kraniotomiyaya göstərişlər:
1. Döl ölü olduqda ananın çanağı ilə döl başının ölçüləri arasında uyğunsuzluq
2. Həyatı göstəricilərə görə təcili doğuşa ehtiyacı olan doğan qadının ağır vəziyyəti
3. Çanaq gəlişi ilə doğulan dölün başını azad etmək mümkün olmadıqda

Kraniotomiyanın aparılması üçün şərtlər:

1. Uşaqlıq boynunun açılışı 5-6sm az olmamalıdır
2. Mütləq dar çanaq olmamalıdır
3. Döl kisəsi olmamalıdır
4. Dölün başı kiçik çanaq girəcəyinə sıx fiksə olunmalıdır
5. Ağrısızlaşdırma aparılmalıdır

Kraniotomiya 3 mərhələdən ibarətdir:
1. Başın deşilməsi
2. Beyin maddəsinin çıxarılması
3. Kranioklast ilə kəllə sümüklərinin çıxarılması

Kranioklaziyanın texnikası:
Əməliyyat 4 mərhələdən ibarətdir
1. Qaşıqların daxil olunması və yerləşdirilməsi
2. Şaxələrin qapanması
3. Başın çıxarılması
4. Kranioklastın çıxarılması

Ağırlaşmalar:
Dölparçalayıcı əməliyyatlar zamanı perforatorunsürüşməsi nəticəsində doğuş yollarının və sidik kisəsinin travmatik zədələnmələri ən çox rast gəlinən ağırlaşmalardır.Onlardan azad olmağa imkan yaradan şərtlər:
1. Başın tüklü hisəsinin dərisinin iki Muzo maşası ilə uşaqlıq yolu tərəfindən əlavə funksiyası
2. Əməliyyatların görmə nəzarəti altında yerinə yetirilməsi
3. Başın dərisinin Muzo maşaları arasından kəsilməsi
4. Perforatorun başın səthinə perpendikulyar daxil edilməsi

Ləngiyə başın kranitomiyası:
Əgər çanaq gəlişi zamanı dölün çıxarlması cəhdi mümkün olmursa çıxarılma zamanı çətinliklər hidrosefaliya ilə əlaqədardırsa vəya döl ölmüşsə dölün başının doğuş kanalından azad edilməsini dayandırmaq lazımdır. Belə halda başın perforasiyası ekserebrasiya vasitəsilə yerinə yetirilir.

Kleydotomiya:
Körpücük sümüyünün kəsilməsi sümük qurşağının həcminin azalması üçün nəzərdə tutulmuşdur.
Götərişlər:
1. Əməliyyat ozaman diri döldə yerinə yetirilir ki,çiyinlər böyük olçudə olduğundan doğuş kanalında ilişir və nəticədə dölün doğulması mümkün olmur.Bucür ağırlaşma çox vaxt çanaq gəlişi zamanı müşahidə olunur.

Dölün dekapitasiyası:
Unudulmuş köndələn vəziyyətdə döl ölü olduqda aparılır.Əməliyyatın əsasını dölün başının bədənindən ayrılması və onların növbəilə çıxarılması təşkil edir.
Dekapitasiyanın Braun qarmağı ilə icra olunması ən rasional ,sadə və təhlükəsizdir.

Evisserasiya,spondilotomiya:
Dölün boynu ələ gəlmədikdə və ya çətinliklə tapıldıqda dölün qarın və ya döş boşluğunun çıxarılması ilə birlikdə onurğa sütunu kəsilir. Sonuncu əməliyyat spondilitomiya adlanır.

Qadın cinsiyyət orqanlarının travmatik zədələnmələrinin qarşısını almaq üçün dölparçalayıcı əməliyyatlar zamanı aşağıdakı manipulyasiyalara yol vermək olmaz:
1. Aşağı düşmüş əli güc tətbiq etməklə çəkmək
2. Dölün boynunun tutulmasını asanlaşdırmaq məqsədilə başı itələmək
3. Görmə və ya əl nəzarəti olmadan manipulyasiyaları aparmaq
4. Braun qarmağını dölün boynunun üst səthin keçirərək dəstəyini təzyiqlə çəkmək
5. Aşağı düşmüş ali ayırmaq

One thought on “Dölparçalayıcı əməliyyatlar

  1. “Belə halda başın perforasiyası ekserebrasiya vasitəsilə yerinə yetirilir. Kleydotomiya: Körpücük sümüyünün kəsilməsi sümük qurşağının həcminin azalması üçün” – exzellent! 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *