DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR ?>

DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR

DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR

Belə əməliyyatlar “mamalıq döndərmasi” adlanır.Döl köndələn və ya çəp vəziyyətdən əllə döndərilərək fizioloji boylama vəziyyətinə gətiriəir.Əllə döndərmənin iki üsulu mövcuddur. Xarici və daxili.
Dölün xarici döndərilməsi:
Döndərməyə əsas göstərişlər
1. Dölün köndələn və ya çəp vəziyyəti
2. Çanaq gəlişləri

Döndərməni icra etmək üçün şərtlər
1. Hamiləlik müddəti 34-36 həftə olmalıdır
2. Hamilə qadının və dölün vəziyyəti qənaətbəxş olmalıdır.
3. Qarın divarı elastik olmalı və uşaqlıqda gərginlik olmamalıdır
4. Döl kifayət qədəer hərəkətli olmalı,su kisəsi bütöv olmalı və həmçinin axmamalıdır.

Xaric döndərmənin aparılması üçün əks göstərişlər: Hamiləlik ağrlaşmaları, ağırlaşmış mamalıq anamnezi, çoxdölülük,darçanaqlıq, uşaqlıqda olan patalogiya,ekstragenital patalogiya.
Xarici dönmə əməliyyatından əvvəl bağırsaq imalə edilir , sidik kisəsi boşaldılır.

Köndələn və çəp vəziyyətdə dölün xarici döndərilməsi zamanı texniki əməliyyat

Mamnın əlləri dölün başının və çanağını proeksiya etdiyi nahiyədə yerləşdirilir. Dölün başını yavaş-yavaş qasıq nahiyəsinə sonra isə kiçik çanaq girəcəyində doğru yönəldirlər. İkinci əl dölün çanağını dibinə doğru aparır.

Dölün çanaq gəlişində profilaktik xaric döndərmənin texnikası

Əməliyyat üçün əsas göstəriş dölün çanaq gəlişinin olmasıdır.Döndərmə ümumi qaydaya müvafiq olaraq çanağın kürək tərəfə, kürəkdən başa doğru və baş uşaqlıq divarı boyunca kiçik çanaq girəcəyinə doğru dölün mövqeyinə əks istiqamətdə aparılır.
Çanaq gəlişinin arxa görkəmində döndərmə texnikası daha sadədir, çünki bu zaman baş qarının ön divarına doğru yönəlmiş olur və mamanın əli ilə asanlıqla tutulur. Döndərməni apardıqdan sonra dölün ürək döyüntüsünə qulaq asmaq lazımdır.

Dölün daxili döndərilməsi

Bu zaman mamanın əli uşaqlığa vəya uşaqıq yoluna daxil edilir. Uşaqlıq boynunun tam və ya natama açılması zamanı iki daxili döndərmə variantda aparıla bilər. Uşaqlıq boynunun tam açılması zamanı dölün ayağı üzrə klassik xarici-daxili döndərilməsi aparılır. Digər döndərmələrdən fərqli olaraq bu əməliyyat müasir mamalıqda praktik əhəmiyyətə malikdir.Natamam açılma zamanı yalnız 2 vəya 3 barmaq daxil eilir və dölün ayağı üzrə döndərilməsi aparlır.
Uşaqlıq boynunun tam açılması zamanı dölün ayağı üzrə klassik döndərilməsi.
Əsas göstəriş dölün köndələn vəya çəp vəziyyətdə olmasıdır.
Döndərmə icrasının şərtləri
1. Uşaqlıq boynunun tam açılması
2. Dölün hərəkətliliyi
3. Dölün lçüləri ilə çanaq ölçüləri arasında olan uyğunluq
4.Diri döl

Klassik döndərmənin aparılmasına əks-göstərişlər:
Uşaqlığın cırılma təhlükəsi, uşaqlıqda çapıq,unudulmuş köndələn vəziyyət,anatomik dar çanaq.

Döndərməni aparan zaman bir çox çətinliklər və ağırlaşmalar yarana bilər
1. Doğuş kanalında yumuşaq toxumaların rigidliyi ,uşaqlıq borusunun spazmi, aralığın cırılması
2. Əlin çıxması, ayağın yerinə əlin tutulması. Bu hallarda əlin yerinə salınması yalnış hesab olunur
3. Uşaqlığın cırılması döndərmə zamanı yaranan daha kəskin ağırlaşmadır
4. Döndərməni qurtardıqdan sonra göbək ciyəsinin düşməsi hal olduqda dölün çıxarılması dərhal yerinə yetirilməlidir.
5. Dölün kəskin hipoksiyası , doğuş travması, dölün intranatal ölümü.
6. Doğuşdan sonrakı dövrdə yarana bilən infeksiyon ağırlaşmalarda döndərmə ilə praqnozu pisləşdirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *