Vakuum-aspirasiya ?>

Vakuum-aspirasiya

Vakuum-aspirasiya

Vakuum aspirasiya vasitəsilə abort hamiləliyin ilk aylarında (aybaşının 3həftəyə qədər gecikməsi zamanı)aparılır. Hamiləliyin müəyyənləşdirilməsi üçün immunaloji sınaqlar və ultrasəs müayinələri aparılır.Uşaqlıq boşluğunda bərabərsəviyyəli mənfi təzyiq yaradılmasına əsaslanır ki,bunun nəticəsində hamiləliyin ilkin aylarında uşaqlıq divarı ilə əlaqəsi zəif olan döl ymurtası əsaslıqla ayrılır.Uşaqlığın qaşınması ilə müqayisədə daha ehtiyatlı metoddur.
Əməliyyat texnikası: Birincili hamiləlikdə servikal kanalı genişləndirmək üçün kiçik ölçülü vibrogenəldicilərdən vəya 7N li Heqar genəldicilərindən istifadə olunur.Tekrar hamiləlikdə isə genişləndirilmədən aparılır.Uşaqlığa əvvəl kanula daxil edilir ,ondan sonra elektronasos qoşulur və uşaqlıq boşluğunda 0.5 -0.6 atm. –a bərabər olan mənfi təzyiq yaradır.Bütün uşaqlıq boşluğuüzrə elə tərzdə ehtiyatlı dairəvi hərəkətlər edilirki,kanyulanın oval dəlikləri uşaqlığın divarlarına toxunur.Döl yumurtası soyulur ,aspirasiya edilir və rezervuara daxil olur.Əməliyyat təqribən 15-20san çəkir,aspirasiya kütləsi 15-20 ml aşmır.Anesteziyayla aparılır əməliyyat . Əməliyyatdan sonra xəstəniin 2 saat müşahidə altında olması müşahidə olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *