Süni abort ?>

Süni abort

Süni abort

12 Həftəlik hamiləlikdə süni abort
12 həftəyə qədər hamileliyin süni yolla pozulmasının ən çox yayılmış metodu-döl yumurtasını alətlə bir mərhələdə çıxarılması və uşaqlıq boşluğunun qaşınmasıdır.
İlk aborta hazırlıq dövründə hamiləlik diaqnozunun təsdiqi və onun müddəti dəqiq olması üçün qinekoloji müayinələr aparılır.
Hamilə qadın stasionar şöbəyə daxil olduqda sanitar təmizləmə (duş,xarici cinsiyyət orqanlarının tüklərinin qırxılması)aparılır.Bağırsaqlar və sidik kisəsi boşaldılır.Bimanual müayinə aparılır.
Birinci mərhələ: Xarici orqanlar spirt və yodla təmizlənir.Uşaqlıq yolu güzgülərlə açılır.Uşaqlıq yolu və boynu spirtlə təmizlənir.Uşaqlıq boynu gülləvari maşa ilə tutulur və uşaqlıq yolunun çıxışına doğru dartılır.Antifleksiya vəziyyətində boynunun uşaqlıq yolu hissəsini arxaya , retrofleksiyada isə əksinə önə-qasığa doğru dartılır.Uşaqlığın zondla müayinəsi aparılır ki, bu da onun ölçüsünü və vəziyyətini dəqiqləşdirməyə imkan verir.
İkinci mərhələ: Sonra servikal kanal xüsusi metal alətlə_Heqar genəldicisi ilə genəldilir .Bu genəldici uşaqlıq boynunun travmatik zədələnməsinə səbəb ola bilər ona gorə də əsasən vibrogenəldicidən istifadə etmək olar.
Üçüncü mərhələ:Döl yumurtası abortsanq və küretka vasitsilə parçalanır .10 həftəlik abort etdikdə əvvəlcə uşaqlığın ən böyük ölçülü sonra isə kiçik ölçülü küretkalar ilə təmizlənməlidir.10 həftədən yuxarı hamiləlikdə əvvəlcə dölün hissələri kənar edilir ,sonra isə uşaqlığın divarı qaşınır.
Ağırlaşmalar:Süni abortun ən kəskin ağırlaşaması uşaqlıq divarının deşilməsidir ki, bunada uşaqlığın qaşınması üçün istifadə olunan alətlər səbəb ola bilər.Zədələnmə kiçik olduqda adətən tikilir.Zədə böyek olduqda ,həmçinin damar kələfi nahiyəsində deşilmə olduqda ,uçaqlıq supravaginal amputasiya vəya ekstirpasiya edilir.
Döl yumurtasının tamam kənar edilməməsi .Əməliyyatdan sonrakı dövrdə uzunmüddətli qanlı ifrazatlar ,qarnın aşağı hissəsində tutmaşəkilli ağrılar müşahidə olunur ,sonra patoloji prosesə infeksion ağırlaşmalarda qoşulur.Döl yumurtasının qalıqlarının diaqnostikasında ultrasəs müayinəsinin mühüm rolu vardır.Diaqnoz təkrar olunarsa ,uşaqlıq boşluğu təkrar qaşınmalıdır.
Süni abort çox zaman daxili cinsiyyət orqanlarının xronik vəya kəskin iltiabı prosesinin ,daha ağır halda isə yayılmış infeksiyanın inkişafına səbəb olur.
Süni abortdan sonra infeksiyanın uşaqlıq boynunda limfatik yolla yayılmas nəticəsində uşaqlıq artımlarında iltihabi proses inkişaf edə bilər.
Süni abortun septik ağırlaşmaları: sepsis,septikopiemiya,anaerob sepsis,septik şok-çox halarda ölümlə nəsticələnən ən ağır xəstəliklərdəndir.
Sadalanlar süni abortun ağırlaşmalarının hamısı deyi.Menstural tsiklin pozulması,sonsuzluq,endometrioz,qadın cinsiyyət orqanlarının xronik iltihabı xəstəlikləri süni abortların çox zaman sonradan üzə çıxan ağırlaşmalıdır.Müasir dövrə qədər abortdan sonra hormonal pozulmaların yaranması mexanizmi kifayyət qədər araşdırılmamışdır.
Süni abortun mənfi nəticələrinə Rh(-) mənsubiyyətli hamilə qadının dölün antigenləri ilə sensibilizasiyası da aiddir.

14 thoughts on “Süni abort

  1. saalam. xanim qawinma goynemenin bir cox sebebi ola biler. ancaq gunde 2 defe sade suynan yuyunun( sabundan istifade etmeyin genital hisseye ola biler allergiya versin ya sabuna yada istifade edilen gundeliklere qarsi) six olmayan pambiq alt paltarlari istifade etmelisniz. bunan yanasi eger axinti varsa onun rengi vacibdir iyli rengsizdise bu iltihabla elaqelidir. daha cox qati ve agrenglidirse buda gobelekle elaqeli ola biler.

  2. Aysel xanim ilk olaraq tsikl 25 30 gundur norma eger bu vaxt icerisindedirse gecikmis sayilmir. cunki orqanizmnen orqanizme bunun ferqi olur. 2ci yeni aybasi olan qizlarda aybawinin qeyri duzgun olmagida normal haldir cunki orqnizm mensturasiadan sonra birmuddet orqanizm ozunu berpa edir hormanlar qaydaya duwur yeni bawlamiw qizlardada bu cox vaxt apara bilir normal olaraq. onun tam normasina duwmesi 1 2il cekir. 3 cu yenede deyim size gecikmeye sebeb olan faktorlar kilo coxlugu, dieta, fiziki agir hereketler, stress ve orqanizmin muxtelif xestelikleri.

  3. Salam hekim.men bilmek isterdimki mende spiral var bu mene her aybasi zamani dehsetli derecede agri verir dozulmezdir.bu neden ola biler ?1ildir beleyem artik.

  4. ayka xanim spiralin novundende materialindanda ola biler. ancaq orqanizmler cox vaxt bu spirallari qebul etmir oda aybawinin tsiklinin deyiwmesine normadan artiq veya az olmasina birde sizdeki kimi agrilara sebeb ola bilir.

  5. salam hekim men dekabrin4u abort olundum inkisafdan galmis hamileliye gore bundan sonra mende aybasi gecikir vaxt vaxtinda olmur gah olmuram gahda11gun kecikir xais edirem cavab verin

  6. Ayka xanim bele gecikmeler abortdan sonra cox qadinda olur . abortdan sonra ilk 1 ci ayda 30 40 gun sonra aybasi olur daha sonra evvel nece idinizse elede olmalidir yen evveller eger gecikme vardisa indide olmalidir. ancaq eger abortdan sonra olursa tam yoxlanilmalidir cunki abort ele bir hormonal deyiwiklik gostermir orqanizme.

  7. Hekim xanim salam bagiwdiyin sizi narahat edirem.men 6 heftelik idim abort eledim.abortan 30 gun sora ay awi oldum.aybawi uje 9 gundur davam edir mende bu ne demekdi bu belemi olmalidir?yoxsa nese baw verir.??zehmwt olmasa bawa salardinz

Leave a Reply

Your email address will not be published. Required fields are marked *