Gözəllik üçün 5 dəqiqə yetər ?>

Gözəllik üçün 5 dəqiqə yetər

Gözəllik üçün 5 dəqiqə yetər

Gözəllik üçün saatlarınız deyil 5 dəqiqənizi ayırın və ən gözəl siz olun. İşdə praktik gözəllik təklifləri və ən asan makiyaj texnikaları..

Əllərinizə limon suyu ilə gələn gözəllik

Əl baxımı üçün: Yarım limon suyu, 2 çay qaşığı tarçın və 2 şorba qaşığı zeytunyağını bir kasada qarışdırın, içində əllərinizi ən az 10 dəqiqə gözlədin. Əllərinizi yuyub quruladıqdan sonra nəticənin mükəmməl olduğunu görəcəksiniz. Eyni baxımı ayaqlarınıza da tətbiq edin!

Hamar və gözəl bir dəri üçün

Külək, soyuq hava dərinin quruluşunu pozur. Ancaq bir az diqqət və evdə tətbiq oluna biləcək baxımlarla bu problemləri də aşmaq mümkün. Bunun üçün bir kasanın içərisində bir bananı əzərək püre halına gətirin və içinə bir şirin qaşığı bal qarışdırın. Bu qarışığı dərinizə sürün və beş dəqiqə gözlədin. Ardından pambığı isladib dərinizi təmizləyin.

Elektriklənməyən saçlar üçün

Yataqdan qalxdınız; saçlarınız bir o yana, bir bu yana dağılmış… Üstəlik saç spreyiniz də yox! Durun, dərhal paniklemeyin, çünki öz saç spreyinizi özünüz edərək saçınıza istədiyiniz şəkli verə bilərsiniz. Bunun üçün lazımlı olan bir stəkan isti su, bir şirin qaşığı toz şəkər və plastik bir şüşə. Vəsaiti qarışdırın və şüşəyə qoyun, ardından saçlarınıza!

Barmaq saçlar

Saçlarınız qısacıq və siz onları heç cür şəkilləndirə bilmirsiniz! Kədərlənmənizə ehtiyac yoxdur, çünki həlli çox sadə; sizə dax ilə eyni funksiyaya sahib bir ədəd lipstick lazımlı! Saçlarınızın uclarına lipsticki sürün və əlinizlə şəkilləndirin. Üstəlik hər an çantanızda saxlaya bilərsiniz. Ayrıca arada sırada quruyan dodaqlarınıza sürməni də laqeydlik etməyin! leyditürk

Leave a Reply

Your email address will not be published. Required fields are marked *