Trisom 18 sindromu ?>

Trisom 18 sindromu

Trisom 18 sindromu
Trisom 18 sindromu nədir?Trisom 18 sindromu bəzən Edward sindromu adlanır. Burada 18-inci xromosom cütündə 3dənə xromosom olur. Bu sindromun özünün simptomları olur.Bu xüsusiyyətlər bir çox problemlər yaradır.Trisom 18 xəstəliyi ilə doğulmuş uşaqların yaşamaq şansı onların xəstəliyinin ciddiliyindən asılıdır. 1980-cı ildən bəri aparılan tədqiqatlar onu göstərir ki, uşaqların 50%-i bir həftəyə , 90%-i isə bir ilə ölmüşlər. Beləliklə10%-i bir ildən çox yaşayır. Bəziləri isə qalan ömrünü normal yaşayır. Trisom 18 sindromu müxtəlif tip inkişaf problemlərinə səbəb olur. Bunlara inkişafdan qalma , qidalanma və tənəffüs problemləri ,inkişafın düzgün olmaması , əqli cəhətdə geri qalma aiddir. Əlavə problemlər: başın arxan nahiyəsində çıxıntı ,yaxşı eşitməyən və düzgün formalaşmyan qulaqlar , balaca çənə , balaca ağız , yuxarı dodaqların ensizliyi , əyri burun, nazik göz qapağı , gözlərin uzaqda yerləşməsi,əl və ayaq sümüklərinin düzgen formalaşmaması da buna aiddir.Bu anormallıqlara həmçinin bitişik əl barmaqları, daban düzlüyü, ayaqda əyrilik, balaca çanaq sümüyü, balaca döş sümüyü aiddir.
Xromosom.Trisom 18 də 18-inci xromosom cütündə 3ədəd xomosom olur. Əlavə xromosomun olması bəzi ruhi və fiziki pozğunluqlar yaradır. Bəzi hallarda xromosomların paylanmasındakı səhv mayalanmadan sonra baş verir .Hüceyrənin xromosomları iki nümunədə özünü göstərir.Birincidə xromosom 18 sindromuna yoluxmuş və 47 xromosomu olan və ikinci tipdə normal 46 xromosomu olan. Bu tipə xromosom 18-in mozaik tipi deyilir. Sərtliyi onun 18-ci xromosoma əlavə xromosomun kopyasını daşıyan hüceyrələrin %-i ilə müəyyən edilir. Ümumiyyətlə bütün hüceyrələri Trisom 18 sindromuna tutulan uşaqlarda daha ağır simptomlar müşahidə edilir.
Trisom 18 sindromuna tutlmuş uşaqlar müalicə edilə bilərmi?Trisom 18 sindromunun müalicəsi ancaq ayrı-ayrı simptomların müalicəsi ilə mümkündür. Bu cür müalicə bir-biri ilə əlaqələndirilmiş profesional tibbi qrupun sistemli və aydın aparılmış müalicəsini tələb edir. Bu sindroma tutulmuş körpələrə müəyyən müxtəlif qidalandırıcı maddələr lazımdır.Həmçinin bu körpələrə oksigen terapiya adlanan müalicədən yəni bütün toxumaları oksigenlə təmin etmək lazımdır.Bəzi körpələrdə müəyyən ürək,sümük,qarın divarı defektlərini aradan götürmək üçün cərahiyyə müdaxiləsi lazımdır.Əvvəlcədən müdaxilə uşaqların öz potensiyalını gücləndirməyə imkan verir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *