Browsed by
Category: ginekologiya

KESAR KƏSİYİ ƏMƏLİYYATLARI ?>

KESAR KƏSİYİ ƏMƏLİYYATLARI

KESAR KƏSİYİ ƏMƏLİYYATLARI Kesar kəsiyi əməliyyatı-dölün və ciftin uşaqlıq divarından açılan cərrahi yol vasitəsilə çıxarılmasına əsaslanan metoddur. Mamalıqda qarının ön divarının kəsilməsi yolu ilə icra edilən abdominal kesar kəsiyi və uşaqlıq yolu tağının ön hissəsi vasitəsilə həyata keçirilən uşaqlıq yolu kesar kəsiyi ayırd edilir. KKƏ-ına göstərişlər Ana tərəfindən olan göstərişlər

Dölparçalayıcı əməliyyatlar ?>

Dölparçalayıcı əməliyyatlar

Dölparçalayıcı əməliyyatlar Dölün hissələrini parçalamaqla onun həcmini kiçildərək təbii doğuş yollarından azad etməyə imkan yaradan əməliyyatlara “dölparçalayıcı əməliyyatlar” deyilir. Esasən bu əməliyyatlar ölü döl olduqda aparılır.Müstəsna hallarda isə diri döl olduqdada aparıla bilər. Dölparçalayıcı əməliyyatların qrupları: 1. Döl başının həcmini kiçildən əməliyyatlar : Kraniotomiya 2. Dölü hissələrə parçalayıb çıxarmaq əəməliyyatları:Embriotoniya 3. Körpüçük sümüyünün küt yolla sındırılması: Kleydotomiya

Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar. ?>

Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar.

Son erkən və zahlıq dövründə aparılan əməliyyatlar. Bunlara cinsiyyət orqanlarında qanaxmanın dayandırılması və zədlənmiş orqanların , toxumaların bütövlüyünün bərpası istiqamətində aparılır.Bu əməliyyatlara ciftin əllə ayrılması,ciftin və yaxud cift paycıqlarının çıxarılması ,uşaqlıq boşluğunun əllə müayinəsi,doğuşdan sonra uşaqlıq boşluğunun qaşınması,aralığın,uşaqlıq yolunun ,uşaqlıq boynunun və uşaqlıq cisminin tikilməsi,uşaqlığın əsas damarlarının bağlanması ,uşaqlığın amputasiyası və uşaqlığın ekstripasiyası aiddir.

DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR ?>

DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR

DÖLÜN VƏZİYYƏTİNİN VƏ GƏLİŞİNİN DÜZƏLDİLMƏSİ ÜZRƏ ƏMƏLİYYATLAR Belə əməliyyatlar “mamalıq döndərmasi” adlanır.Döl köndələn və ya çəp vəziyyətdən əllə döndərilərək fizioloji boylama vəziyyətinə gətiriəir.Əllə döndərmənin iki üsulu mövcuddur. Xarici və daxili. Dölün xarici döndərilməsi: Döndərməyə əsas göstərişlər 1. Dölün köndələn və ya çəp vəziyyəti 2. Çanaq gəlişləri

Abdominal Kesar kəsiyi: Vaginal kesar kəsiyi ?>

Abdominal Kesar kəsiyi: Vaginal kesar kəsiyi

Abdominal Kesar kəsiyi: Kiçik kesar kəsiyi-ümumi qəbul edilmiş kəsik metodu üzrə 28 həfətliyə qədər hamiləlik dövründə,yəni dölün hələ sərbəst həyat qabiliyyətinə malik olmadığı dövrdə aparılır.Hamiləliyin təcili pozulmasına göstəriş olduğu halda və yaxud hamiləliyi pozmaq üçün digər metodlara əks-göstəriş olduğunda aparılır.Kesar kəsiyi sterilizasiya və kiçik çanaq orqanlarına cərrahi müdaxilələr zamanı tətbiq olunan seçim metodudur.Əməliyyat peridural vəya endotranxeal anesteziya ilə aparılır.

HAMİLƏLİYİN GEC MÜDDƏTİNDƏ SÜNİ POZULMASI ?>

HAMİLƏLİYİN GEC MÜDDƏTİNDƏ SÜNİ POZULMASI

HAMİLƏLİYİN GEC MÜDDƏTİNDƏ SÜNİ POZULMASI Gec müddətində hamiləliyin pozulması yalnız tibbi vəya sosial göstərişlərə görə aparılır.Bu 13həftədən 28 həftəyə qədər aparılır.Hamiləliyin 2-ci üçaylığının pozulması üçün müxtəlif metodlardan istifadə olunur. HİPERTONİK MƏKLULUN İNTRAAMNİAL YERİDİLMƏSİ Hipertonik məhlulun intraamnial yeridilməsi transservikal vəya transabdominal yolla aparılır. Transservikal:uşaqlıq boynunun kanalına metal içlikli steril borucuk daxil edilir, sonra borucuğun içliyi iynə ilə əvəz edilir.Doğmamış qadınlarda servikal kanal əvvəl genişləndirilməsi tələb oluna bilər.İynə ilə su kisəsi deşilir ,dölayanı maye hamiləliyin hər həftəsinə uyğun 6ml hesabı ilə çıxarılır.Sonra…

Read More Read More

HAMİLƏLİYİN PROSTOQLANDİNLƏRLƏ POZULMASI ?>

HAMİLƏLİYİN PROSTOQLANDİNLƏRLƏ POZULMASI

HAMİLƏLİYİN PROSTOQLANDİNLƏRLƏ POZULMASI Son illər hamiləliyi pozmaq üçün prostaqlandin preparatlarında istifadə edilir .Prostoqlandinlər müxtəlif üsullarla yeridilir (vena daxili,dərialtı,əzələdaxili,ekstraaminal və uşaqlıq yoluna).

Süni abort ?>

Süni abort

Süni abort 12 Həftəlik hamiləlikdə süni abort 12 həftəyə qədər hamileliyin süni yolla pozulmasının ən çox yayılmış metodu-döl yumurtasını alətlə bir mərhələdə çıxarılması və uşaqlıq boşluğunun qaşınmasıdır. İlk aborta hazırlıq dövründə hamiləlik diaqnozunun təsdiqi və onun müddəti dəqiq olması üçün qinekoloji müayinələr aparılır. Hamilə qadın stasionar şöbəyə daxil olduqda sanitar təmizləmə (duş,xarici cinsiyyət orqanlarının tüklərinin qırxılması)aparılır.Bağırsaqlar və sidik kisəsi boşaldılır.Bimanual müayinə aparılır. Birinci mərhələ: Xarici orqanlar spirt və yodla təmizlənir.Uşaqlıq yolu güzgülərlə açılır.Uşaqlıq yolu və boynu spirtlə təmizlənir.Uşaqlıq boynu gülləvari…

Read More Read More